"Report" xəbər verir ki, iclasın gedişində iştirakçılar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmamış müddəaları, eləcə də Xəzəryanı ölkələrin XİN başçılarının görüşünə hazırlıq üzrə məsələlərin müzakirəsini davam etdirəcək.
İclası giriş nitqi ilə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıb.