“Report” BBC-yə istinadən xəbər verir ki, bunu hökumətin yaratdığı komissiyanın sədri Svarna Subba bildirib.
Onun sözlərinə görə, iki aydan sonra ekspedisiya dünyanın ən yüksək dağ zirvəsinə yola düşəcək: “Zirəvinin ölçülməsi bir ay davam edəcək. Daha bir həftə isə hesablamalar sərf olunacaq”.
Qeyd edək ki, bir müddən əvvəl peykdən alınan məlumatlara görə, Comolonqumanın hündürlüyü bir neçə santimetr azalıb. 1955-ci ildə aparılan ölçmənin nəticələrinə əsasən, dağın hündürlüyü 8848 metr olub.
Xatırladaq ki, 2015-ci ilin aprelində Nepalda 7,9 bal gücündə zəlzələ baş verib.