Müğənni Tarkan 2, 3 və 5 martda ABŞ-da konsert verəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nyu-Yorkdakı "Hammerstein" konsert zalında baş tutacaq 3 günlük konsertin biletləri sürətlə satılır. Artıq martın 2-dəki konsertə bilet qalmayıb.

Biletlərin qiyməti 104-165 dollardır. Tarkanın səhnəyə çıxacağı konsert zalında daha əvvəl Cennifer Lopez, Rianna kimi ulduzlar çıxış ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində