Azərbaycan-İordaniya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası aprel ayında Əmmanda keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh bildirib.

Diplomatın sözlərinə görə, bu, komissiyanın sayca üçüncü iclasıdır:

"Sonuncu iclas 2011-ci ildə Bakıda keçirilib. Komissiyanın iclasında iki ölkə arasında ən müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində