Əmi 8 yaşlı qardaşının balasını belə öldürdü

Əmi 8 yaşlı qardaşının balasını belə öldürdü
18:11 15 Mart 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.

Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=331986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR