Azərbaycan Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) nizamnamə kapitalındakı iştirak payını 21,77 faiz artırıb. Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Nazirliyin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, hökümətin bankın kapitalındakı payı 54,96 faizdən 76,73 faizədək artırılıb.
"Artırılma bankın 600 milyon manat məbləğində səhmlərinin əlavə emissiyasının yerləşdirilməsi nəticəsində baş verib" - məlumatda deyilir.
Məlumatda deyilir ki, Prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli fərmanı ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi çərçivəsində hökümət bundan sonrada banka dəstək göstərməyə davam edəcək.
"Bu Beynəlxalq Bankın problemli aktivlərini almaq prosessinin davam etdirilməsi, həmçinin, 2016-cı ilin maliyyə hesabatlarına əsasən kapitallaşmada yardım edilməsi deməkdir", - məlumatda deyilir.
Bununla da, Beynəlxalq Bank 600 million manat dəyərində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 1 241 287 248,06 manatadək 93,5 faiz artırılma prosesini yekunlaşdırıb.
Emissiya hər biri 0,27 manat dəyərində olmaqla 2 222 222 223 səhmə bölünüb.
15 iyul 2015-ci il tarixində Prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında fərman imzalayıb. Bankın maliyyə vəziyyətinin bərpası məqsədilə, onun problemli aktivləri "Aqrarkredit" QSC-yə kуçib. Problemli kreditlərin əvəzində BOKT ABB-ni likvid vəsaitlə təmin edir. Bu günə kimi Aqrarkredit ABB-nin 10 milliard dəyərində problemli aktivlərini alıb.
Milli.Az