İstanbulda silahlı şəxs polis şöbəsinin qarşısında partlayış törədib, 3 nəfər yaralanıb - FOTOSESSİYA

İstanbulda silahlı şəxs polis şöbəsinin qarşısında partlayış törədib, 3 nəfər yaralanıb  - FOTOSESSİYA
20:42 6 Yanvar 2015
275 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 20:34 ]

Bakı-APA. İstanbulun tarixi Sultanahmet rayonunda naməlum silahlı şəxs turizm polisi şöbəsinin qarşısındakı növbətçi postunda hücum edərək partlayış törədib.

APA-nın “Hürriyet”e istinadən verdiyi xəbərə görə, nəticədə 2-si polis əməkdaşı və biri qadın olmaqla 3 nəfər yaralanıb.  Polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. Hadisə yerinə aparan küçələr nəzarətə götürülüb.

 

Məlumata görə, silahlı terrorçu idarəyə daxil olmağa cəhd etdikdə, növbətçi polis əməkdaşlarının müqaviməti ilə üzləşib və  atəş açaraq, qumbara partladıb.  Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR