Tanınmışlar arasında "Cicişler" olaraq tanınan bacılardan Esra Ersoy müğənni Yeşim Salkımın sevgilisi Murad Karabovanın ona təcavüz etdiyini bildirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, zorlandığını iddia edərək, bu barədə polisə şikayət edib.
Təxminən 5 saat ifadə verdikdən sonra xəstəxanadan arayış almaq üçün polis idarəsindən çıxan Esra bununla bağlı açıqlama verib:
"Hər şeyi ifadəmdə söylədim. Murad Karabovanın cəzalandırılmasını istəyirəm. Heç kim razılığım olmadan mənimlə münasibətdə ola bilməz. Yeni tanış olmuşduq və mənə Yeşim Salkımdan ayrıldığını, həmçinin münasibətlərinin bitdiyini demişdi. Bu hadisə iki gün əvvəl bir oteldə yaşandı. Yeşimin sevgilisi mənə təcavüz etdi. Psixoloji cəhətdən hadisənin təsirindən çıxa bilmədiyim üçün gəlib şikayət etdim".
Qeyd edək ki, Esra polis bölməsində olarkən Yeşim sevgilisi ilə birdə Hülya Avşarı izləmək üçün İstanbuldakı məkanların birində iştirak edirdilər.
