"Xəzər Lənkəran" 3 futbolçunu transferə çıxardı

"Xəzər Lənkəran" 3 futbolçunu transferə çıxardı
21:41 6 Yanvar 2015
231 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran" yollarını ayırdığı futbolçularla bağlı rəsmi açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, "Xəzər Lənkəran" və yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb.

Bundan əlavə Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib. Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb, eyni zamanda Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR