Qvardiola futbolçusunu qarpıza bənzətdi

Qvardiola futbolçusunu qarpıza bənzətdi
17:19 2 Fevral 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni transfer Qabriel Jezusun oyununu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis Braziliya millisinin forvardının nəyə qadir olduğunu müəyyənləşdirməyin erkən olduğunu söyləyib.

O, Premyer Liqanın XXIII turunda “Vest Hem”lə (4:0) səfər qarşılaşmasında 1 qol vuran 19 yaşlı oyunçunu qarpıza bənzədib: “Jezus istedadı ilə qol vurmaq üçün mübarizə apardı. Bu cür oyunçular qarpız kimi olurlar, necə olduğunu bilmirsiniz. Gözəl olub-olmadığını bilmək üçün kəsmək məcburiyyətindəsiniz”.

Qeyd edək ki, “Mançester Siti” Qabriel Jezusu 32 milyon avroya transfer edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR