İmzanın təsdiqi üçün “ağıllı” saatlardan istifadə təklif olunur

İmzanın təsdiqi üçün “ağıllı” saatlardan istifadə təklif olunur
11:35 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Texnologiyaların inkişafına və barmaq izi, üzün tanınması və s. daxil olmaqla insanın şəxsiyyətinin təsdiqi məqsədilə çoxlu üsulların yaranmasına baxmayaraq adi imza şəxsiyyətin müəyyənləşdirilməsi üçün ən geniş yayılmış metodlardan biri kimi qalır.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, İsrailin Tel-Əviv və Ben-Qurion universitetlərinin tədqiqatçılar qrupu identifikasiya üsulunun etibarlığını “ağıllı” saatlar vasitəsilə artırmaq üçün sadə metod təklif edərək əl hərəkətlərini qeydə alan xüsusi proqram təminatı hazırlayıb.

Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, “ağıllı” saat və ya bilərzik sahibi bu və ya digər sənədi imzalayan zaman qurğuya quraşdırılan akselerometr və ya giroskop əlin hərəkətini qeydə alaraq sonradan imzanın həqiqi yaxud saxta olmasını müəyyənləşdirməyə imkan verən unikal identifikator yaradır.

Proqram təminatının işinin dəqiqliyini yoxlamaq üçün tədqiqatçılar “ağıllı” saatlardan istifadə edən 66 tələbədən ibarət qrup təşkil ediblər. İlkin mərhələdə onlardan hər biri planşet ekranında stilius (elektron qələm) vasitəsilə 15 imza nümunəsi çəkib. Qrup iştirakçıları imza nümunələrinin toplanması prosesinin nümayiş olunduğu videoya baxdıqdan sonra onlara təcrübə üçün digər sınaq iştirakçılarının beş imzasını saxtalaşdırmaq təklif olunub.

Tədqiqat müəlliflərinin sözlərinə görə, bilərziyin hərəkətini qeydə alan proqram təminatının quraşdırıldığı “ağıllı” saatlar saxta imzaların müəyyənləşdirilməsində yüksək dəqiqlik nümayiş etdirib. Lakin alimlər etiraf edirlər ki, əksər “ağıllı” saat və bilərzik sahibləri qurğunu əsas ələ taxmadığına görə belə identifikasiya yanaşmasının çox vacib çatışmazlığı var.

Bununla belə, tədqiqatçılar ideya üçün patent hüququ alaraq perspektivdə təkmilləşdirilmiş texnologiyanı satışa çıxarmağı planlaşdırırlar.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45836-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR