İndoneziya səfiri Azərbaycanın xarici işlər nazirinin müavini və DSX rəhbəri ilə danışıqlar aparıb

İndoneziya səfiri Azərbaycanın xarici işlər nazirinin müavini və DSX rəhbəri ilə danışıqlar aparıb
18:07 3 Fevral 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.
İndoneziyanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mümkünlüyü məsələsi müzakirə olunub.
Bundan başqa, H.B.Fanani Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general-polkovnik Elçin Quliyevlə görüşüb.
Görüşdə səfir iki ölkənin müvafiq qurumları arasında əlaqələrin inkişaf imkanlarını, eləcə də Azərbaycanda İndoneziya milli döyüş sənəti olan pençak-silat kimi döyüş idman növlərinin inkişafı məsələsinin müzakirə edib.
Səfir hazırda Azərbaycanda bu idman növü üzrə 31 məşqçi və 5000 tələbənin olduğunu deyib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-ndoneziya-sefiri-azerbaycanin-xarici-isler-nazirinin-muavini-ve-dsx-rehberi-ile-danisiqlar-aparib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR