Dövlət müşaviri: "Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq ölkədir"

Dövlət müşaviri: "Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq ölkədir"
18:27 3 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 3 fevral. REPORT.AZ/ "Azərbaycanda bu il keçiriləcək İslam Həmrəyliyi Oyunları müsəlman dünyasının həmrəyliyi üçün baza, mənəvi bünövrə kimi də qəbul oluna bilər".
“Report” xəbər verir ki, bunu Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan islam dünyasının mərkəzinə, mənəvi incisinə çevrilməyə layiq bir ölkədir və bu, belə də olacaq.
K.Abdullayev bildirib ki, "Multikulturalizm ili"ndə olduğu kimi, "İslam Həmrəyliyi ili" də onun məntiqi davamı kimi dünyada Azərbaycaının imicinin artmasına, intellektual enerjisinin adekvat şəkildə qəbul edilməsinə gətirib çıxaracaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycan-i-slam-dunyasinin-merkezine-menevi-incisine-cevrilmeye-layiq-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR