Gmail-dən qəfil qərar

Gmail-dən qəfil qərar
08:05 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İstifadəçilərin bir çoxu müxtəlif səbəblərdən proqram təminatını yeniləmirlər. Bəziləri, sadəcə, yeni funksiyalara ehtiyac görmür, başqaları isə yaxşı işləyən sistemi dəyişdirmək istəmirlər. Amma yekunda tərtibatçılar köhnə versiyaların dəstəyini dayandırır və istifadəçilər daha müasir həllərdən istifadəyə keçməyə məcbur olurlar.

Artıq növbəti həftədən "Gmail" poçt kliyenti "Chrome" brauzerinin 53 və daha aşağı versiyaları qurulmuş kompüterlərdə dəstəkdən məhrum ediləcək. Bu haqda "Google" şirkəti öz bloqunda elan edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Chrome 49 brauzeri "Windows XP" və "Windows Vista" sistemlərini dəstəkləyən son versiyadır. Bildiyimiz kimi, bu sistemlər artıq "Microsoft" şirkəti tərəfindən dəstəklənmir. Buna görə biz israrla daha təhlükəsiz və dəstəklənən platformalara keçməyi məsləhət görürük" -  "Google" şirkətinin nümayəndəsi deyib.

Qeyd edək ki, "Gmail" poçt kliyenti əvvəlki kimi "Chrome" brauzerinin köhnə versiyalarında işləyəcək, amma istifadəçilər təhlükəsizlik yeniləmələri, səhvlərin düzəlişi və başqa vacib yeniliklərdən məhrum olacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR