Avtobus sürücüsünü qanına QƏLTAN ETDİ

Avtobus sürücüsünü qanına QƏLTAN ETDİ
10:53 4 Fevral 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR