Avtobus sahibləri ilə görüş - Şərt qoyuldu - FOTO

Avtobus sahibləri ilə görüş - Şərt qoyuldu - FOTO
13:22 4 Fevral 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyində (BNA) paytaxın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, məqsəd paytaxtın marşrut şəbəkəsindəki mövcud vəziyyəti və qarşıda duran problemləri müzakirə etmək, eyni zamanda gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.

Görüşdə BNA-nın daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb. Mövcud çatışmazlıqların, o cümlədən istehsalat bazaları, sürücülərin iş rejimi, vahid kart ödəniş sisteminə keçidin təmin edilməsi, avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması kimi problemlərin həll edilməsinin vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb.

Görüşdə daşıyıcıları narahat edən məsələlər də dinlənilib.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR