"Ramilin potensialı ona "Arsenal"da yüksək səviyyədə oynamağa imkan verir"

"Ramilin potensialı ona "Arsenal"da yüksək səviyyədə oynamağa imkan verir"
18:12 4 Fevral 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Zenit"in gənclər komandasının baş məşqçisi Boris Rapoport bu klubun yetirməsi olan Ramil Şeydayev haqda fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, millimizin hücumçusunun Tula "Arsenal" mümkün keçidi barədə danışıb:

"İndi Ramil Şeydayev legionerdir. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək. Ramil "Trabzonspor"da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula "Arsenal"ına kömək edə biləcək. O, bu komandaya lazımdır".

B.Rapoport R.Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməyə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb:

"Əgər bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə "Zenit"də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR