Hülya Avşar Demet Akalının hədiyyəsini istəmədi

Hülya Avşar Demet Akalının hədiyyəsini istəmədi
09:48 6 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Demet Akalın Gökhan Təpənin musiqi karyerasının 20-ci ili tamam olması münasibəti ilə təşkil olunan konsertdə iştirak edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bostançı Şou Mərkəzində keçirilən konsertdə iştirak ed'n Demet Akalın Hülyanın onun hədiyyəsini bəyənmədiyini xüsusi vurğulayıb:

"Hülyaya hədiyyə etmək üçün gözəl mahnı tapdım. Pulunu verib almışam. Ona sürpriz edəcəkdim, amma istəmədi. Televiziyada yeni proqramı başladığı üçün vaxtı yoxdur, mahnı da mənə qaldı" dedi.

Xatırladaq ki, Demet Akalın bir müddətdir Hülya Avşar üçün hit mahnı axtarırdı. O, 2 həftə əvvəl "Hülya Avşara elə mahnı tapacağam ki, ulduzu yenidən parlayacaq. Onu partladacağam. Özünü mənə etibar etsin" demişdi.

Avşar isə həmkarının təklifinə belə şərh verib: "Demetə bu sözlər üzündən hirslənmirəm, niyə əsəbiləşim ki? Heç bir pis niyyəti yoxdur. Əgər elə mahnı taparsa, mənə də xəbərdarlıq etsə, təbii ki oxuyuram. Amma ilk yerdə televiziyadakı layihəm dayanır".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/186594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR