Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Eldar Abbasovdan 500 qram, Sərvan İmanovdan isə 510 qram heroin götürülüb.

Bundan başqa, Füzuli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Qasımovdan 440 qram marixuana götürülüb.