FOX TV-də başlayan və "O səs Türkiyə"yə əsas rəqib olacağı gözlənilən "Ben Söylerim" yarışması bitib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, reytinqlərdə gözlənilən nəticəni verməyən yarışma sadəcə 6 seriya davam edə bilib.
"Ben Söylerim" bu gün sonuncu dəfə yayımlanacaq.
Qeyd edək ki, Çağla Şikelin aparıcılığı ilə efirə çıxan yarışmanın münsiflər kürsüsündə Kibariye və Sərdar Ortaç oturur.