Keçmiş basketbolçu İbrahim Kutluay aktrisa Tuba Büyüküstünlə eşq yaşadığı barəsində yayılan xəbərlərə aydınlıq gətirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tuba mövzu ilə əlaqədar tez bir zamanda açıqlama versə də, İbrahim Kutluay bununla bağlı heç nə bildirməmişdi.
Məsələnin asanlıqla gündəmdən düşməyəcəyini görən eks-basketbolçu səssizliyini pozaraq yayılan şayiələrlə əlaqədar olaraq mətbuat orqanlarına açıqlama məktubu göndərib.
O, yazdığı məktubda yayılan xəbərlərin yalan olduğunu deyib:
"Hər nə qədər bu günə kimi tutduğum yol "danışmamaq" olsa da, əlaqəsiz bir məsələnin bu qədər böyüdülməsi açıqlama vermək zərurəti yaratdı. Hazırda evli olan bir xanımla münasibətdə olduğum barəsində yayılan xəbərlərin heç biri doğru deyil".