"Bala dili" uşaqları sevindirib (FOTO)

"Bala dili" uşaqları sevindirib (FOTO)
15:36 16 Mart 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Qafqazın ilk FM stansiyası olan ANS ÇM-in təşəbbüsü, ANS Televiziyası və AAAF Parkın dəstəyilə ilə Xırdalanda möhtəşəm tədbir təşkil edilib. Novruz bayramı münasibətilə keçirilən tədbir Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində baş tutub.

ANS Şirkətlər Qrupuna məxsus olan “Bala Dili” jurjnalı da tədbirdə iştirak edən uşaqlar üçün sürprizlər hazırlamışdı. Burada gələn bütün uşaqlara “Bala dili” jurnalından hədiyyələr paylanılıb. Uşaqların ən sevimli televiziya personajı olan Barni də uşaqları əyləndirmək üçün tədbirdə olub. O, burada bütün uşaqlarla şəkil çəkdirib. Barni ilə şəkil çəkdirən həmin uşaqların şəkilləri isə “Bala dili” jurnalının növbəti saylarında dərc olunacaq.

Bundan başqa Novruz şənliyində uşaqları əyləndirmək üçün “Şar şou” əyləncəli proqram da təqdim olunub. Şarlardan düzəldilən müxtəlif fiqurlar tək uşaqların deyil, böyüklərin də marağına səbəb olub.

























Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=332133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR