Bugünə kimi heç bir sənətçi ilə duet oxumayan Hülya Avşar müğənni Rafet El Romanla yeni sinql üzərində çalışmağı qərara alıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Demet Akalının hədiyyəsini qəbul etməyən sənət Rafetin "Sen olmazsan" adlı sinqlı üçün razılıq verib.

Səsyazma işləri Almaniyanın Karlsrue şəhərində tamamlanıb.

Fevralın axırında hazır olacaq sinqla önümüzdəki həftə klip çəkiləcəyi bildirilib.

Qeyd edək ki, bir müddət öncə müğənni D.Akalının "Hülyanı yenidən yaradacağam" deyərək ona sinql hədiyyə etmiş, lakin aktrisa onun təklifini qəbul etməmişdi. O, aparıcılığına yönəldiyi üçün təklifdən imtina etdiyini söyləmişdi.