Nəhəng şirkətlər 2400 təhlükəli mobil tətbiqlərdən istifadə edirlər

Nəhəng şirkətlər 2400 təhlükəli mobil tətbiqlərdən istifadə edirlər
18:46 16 Mart 2015
Ölkə mətbuatı
A- A+

Smartfon və planşetlərin populyarlığının artması getdikcə daha çox kibercinayətkarı cəlb edir. Onların aktivliyinin nəticəsi iki mindən çox mobil tətbiqin virusa yoluxması ilə nəticələnib. İnformasiya təhlükəsizliyi üçün “bulud” həlləri hazırlayan “Veracode” şirkətinin ekspertləri belə nəticəyə gəliblər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “iOS” və “Android” mobil platformaları ilə işləyən mobil qurğular üçün 400 min proqram araşdırılıb. Mütəxəssislər aydınlaşdırıblar ki, 14 min proqram istifadəçilər üçün müxtəlif təhlükə yaradır.

Təhlükəli proqram təminatının 35 faizi istifadəçi məlumatlarını kənar serverə göndərə bilər. Mobil tətbiqlərin 37 faizi şübhəli əməliyyatlar yerinə yetirir.

“Veracode” şirkətinin mütəxəssisləri, həmçinin aşkar ediblər ki, nəhəng şirkətlərin əməkdaşları 2400-dən çox təhlükəli mobil tətbiqdən istifadə edirlər. Bu göstərici yalnız o məhsullara məxsusdur ki, ekspertlər firma nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində biliblər, ona görə biznesə təhlükə yaradan zərərli mobil tətbiqlərin real sayı daha çox ola bilər.

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35824-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR