İŞİD-dən ayrılan Nizar adlı terrorçu terror təşkilatının
həbsxanalarında “seks köləsi” olan qadınların yaşadığı dəhşəti
açıqlayıb.
Publika.az xəbər verir ki, Nizar Suriyada İŞİD
həbsxanalarında gözətçi olub.
“God Reports”-a danışan Nizar İŞİD həbsxanalarında 475 qadının
olduğunu bildirib.
“Bir sudanlı döyüşçünün təcavüz etdiyi 15 yaşlı qız qanamadan öldü.
475 qadın “seks köləsi” olaraq saxlanılır. Onların çoxu İŞİD-ə
qarşı döyüşənlərin arvadlarıdır. Bəzi qadınlar ya tanımadıqları
döyüşçülərlə evləndirilir, ya da edam edilirlər”, - deyə o
bildirib.
Nizar İŞİD-dən qaçmasının səbəbinin gördüyü dəhşətlər olduğunu
deyib: “Həbsxana dəhlizlərində gəzərkən uşaqlarından ayrılan
anaların ağlaması dəhşətli idi. Qız uşaqlarını zorlayır,
istədiklərini edirlər. Gecələri kabus görməyə başladım. Sonra da
ailəmlə birlikdə Türkiyəyə qaçdım”.
Qeyd edək ki, İŞİD həbsxanalarındakı qadınların fotoları da yaşanan
dəhşəti aydın göstərir.
Asif

