Bu gün “Uşaq və yeniyetmələrdə şəkərli diabet” mövzusunda Ümumdünya Diabet Gününə həsr olunmuş konfrans keçirilib.
Tədbir Azərbaycanın Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Diabet Liqası ilə birgə “Sanofi-Aventis” şirkətinin maliyyə dəstəyilə təşkil olunub.
Lent.az-ın məlumatına görə, konfransı Azərbaycanın səhiyyə nazirinin müavini Sənan Kərimov açaraq, son 5-6 ildə ölkədə şəkərli diabet xəstəsi, xüsusilə uşaqlar üçün mühüm işlər görüldüyünü və bu prosesin davam etdiyini deyib: “Azərbaycanda “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun və “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul olunub və bu istiqamətdə müvafiq tədbirlər görülür. Həmçinin, respublikanın regionlarında diabet mərkəzləri açılır”.
Milli Məclisin Sosial siyasət daimi Komissiyasının sədri Hadı Rəcəbli isə diabet xəstəliyinin sosial xəstəlik olduğunu bildirib: “Bu günün bütün dünyada qeyd olunması onu göstərir ki, dünyanın diqqəti bu xəstəliyə yönəlib. Məqsədimiz odur ki, belə xəstələri cəmiyyətdən ayırmayaq. Azərbaycanda şəkərli diabetlə bağlı qəbul olunan qanun artıq işləyir və bu qanun MDB məkanında modern hesab olunur”.
Millət vəkili, Respublikanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov diabetin uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən biri olduğunu qeyd edib: “Respublikada hazırda 100 minə yaxın şəkərli diabet xəstəsi var. Bu xəstəliyin birinci tip – insulindən asılı olan ağır forması ilə məhz uşaq və yeniyetmələr xəstələnir. 15 yaşa qədər uşaqlar arasında hər il dünyada 70 minə yaxın uşaq şəkərli diabetin birinci tipi ilə xəstələnir, yəni təxminən hər gün 200 uşaq nəzərdə tutulur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva xəstəliyin dünya ölkələri üzrə statistikasına nəzər salaraq 1985-ci ildə 30 milyona yaxın insanın, hazırda 240-250 milyonadək insanın bu xəstəlikdən əziyyət çəkdiyini və 20 ildən sonra şəkərli diabetlərin sayının 380 milyona çatacağını bildirib. A.Sofiyeva əlavə edib ki, bu xəstəliyin qarşısını almaq üçün qüvvələr səfərbər olunmalıdır.
Sonra Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, Respublika Endikrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış ediblər.
Nigar Məmmədli
“Uşaq və yeniyetmələrdə şəkərli diabet” mövzusunda konfrans keçirilib
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Tbilisi - Bakı qatarı gecikmə ilə yola düşüb
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
10 milyon xərcləyib 10 il cavanlaşdı - FOTO
Bu gün
·
01:09
Çimərlik güləşində Azərbaycan millisi tarix yazdı
Bu gün
·
00:15
Azərbaycanlıların olduğu bazar vuruldu - Ölən və yaralananlar var
Bu gün
·
00:03
İmişli Şəkər Zavodunda yanğın oldu - VİDEO
Dünən
·
23:42
4 bürcün həyatında yeni dövr başlayır
Dünən
·
23:31
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
23:13
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi
Dünən
·
22:39
İrana hücumları bərpa etməyi düşünürəm - Tramp
Dünən
·
22:26
Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
22:20
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Dünən
·
21:48
Gəncədə qəza oldu, xəsarət alanlar var - FOTO
Dünən
·
21:33
Vətən müharibəsinin ilk şəhidlərindən biri Zamiq Əhmədov anıldı - VİDEO
Dünən
·
21:26
Türkiyə MMN Azərbaycanın şəhidlərini andı
Dünən
·
20:47
Litva millisinin baş məşqçisi təəssüfləndi
Dünən
·
20:20
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət etdi - FOTO
Dünən
·
20:12