Astanada Qazaxıstan Xalqı Assambleyasının 20 illiyi ilə əlaqədar “Ölkənin taleyi mənim taleyimdir” adlı forum keçirilib

Astanada Qazaxıstan Xalqı Assambleyasının 20 illiyi ilə əlaqədar “Ölkənin taleyi mənim taleyimdir” adlı forum keçirilib
21:08 16 Mart 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+


Astana, 16 mart, AZƏRTAC
Prezident Nursultan Nazarbayev Akmola vilayətinə işgüzar səfəri zamanı Astanada Qazaxıstan Xalqı Assambleyasının 20 illiyi ilə əlaqədar “Ölkənin taleyi mənim taleyimdir” adlı forumda iştirak edib.
Dövlət başçısı iştirakçılara müraciət edərək forumun Akmola vilayətində keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd edib.
Qazaxıstan Prezidenti deyib: “Burada yüzdən çox etnosun nümayəndələri sülh və əmin-amanlıq içində yaşayırlar. Burada respublikamızda ən çox – 266 İctimai həmrəylik şurası fəaliyyət göstərir. Bu il Qazaxıstan Xalqı Assambleyası İli çərçivəsində Akmola vilayətində təqribən 500 tədbir keçirilib. Vilayətdə Assambleya fəallarının sayı təqribən beş min nəfərdir”.
Prezident N.Nazarbayevin qeyd etdiyi kimi, dövlətin başlıca vəzifəsi bundan ibarətdir ki, əməkçi insanın işi və sabit qazancı, mənzili, gələcəyə inamı olsun. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün ölkə Qazaxıstan Xalqı Assambleyasının ideyalarına sədaqəti, sabitliyi, dostluğu, tolerantlığı və əmin-amanlığı qoruyub saxlamalıdır.
Dövlət başçısı gənclərin tədbirə toplaşmış nümayəndələrinə üz tutaraq deyib ki, Qazaxıstanda oğlan və qızların hərtərəfli inkişafı və onların keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astanada_Qazaxistan_Xalqi_Assambleyasinin_20_illiyi_ile_elaqedar_Olkenin_taleyi_menim_taleyimdir_adli_forum_kechirilib-839807

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR