Bu gün Topaz Premyer Liqasında XIX tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk görüşdə ötən mövsümün mükafatçıları üz-üzə gələcəklər. Paytaxt derbisində “İnter”lə “Zirə” qarşılaşacaq. 3-cü pillədə möhkəmlənən Zaur Svanadzenin yetirmələri cari mövsüm iki dəfə bərabərə qaldığı rəqibini yenməyə iddialıdı. Bu il meydanı qolsuz tərk etməyən “İnter” iki turdu qələbə həsrətində olan qəsəbə komandasının 4-cü yer arzusunun üstündən xətt çəkmək niyyətindədi. Amma Ayxan Abbasovun komandası da rəqibinə yaxınlaşmaq üçün 3 xal qazanmağa borcludu.
Daha sonra Azərbaycan futbolunun ən köklü derbisi baş tutacaq. Ən zəngin tarixə malik iki komanda “Neftçi” və “Kəpəz” paytaxtda üz-üzə gələcəklər. Turnir cədvəlinin aşağılarında qonşu olan komandalar əbədi derbiyə fərqli durumda gəlib. Qış fasiləsində yenilənən Elxan Abdullayevin komandası ardıcıl 3-cü qələbəyə köklənib. Şahin Diniyevin başçılıq etdiyi qərblilər isə 5 matçlıq məğlubiyyət seriyasından sonra yuvarlandığı 7-ci pilləni tərk etmək üçün qalib gəlməlidi.
Qeyd edək ki, tura sabah keçriləcək iki oyunla yekun vurulacaq. "Sumqayıt" AZAL-ı, "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XIX tur
18 fevral
15.30 İnter - Zirə
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Kərim Ağayev.
“İnter Arena”.
18.00 Neftçi - Kəpəz
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Bakcell Arena”.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
18 |
13 |
3 |
2 |
32:8 |
42 |
|
|
2 |
Qəbələ |
18 |
11 |
6 |
1 |
36:10 |
39 |
|
|
3 |
İnter |
18 |
8 |
8 |
2 |
29:18 |
32 |
|
|
4 |
Sumqayıt |
18 |
5 |
7 |
6 |
19:23 |
22 |
|
|
5 |
Zirə |
18 |
6 |
4 |
8 |
18:20 |
22 |
|
|
6 |
Neftçi |
18 |
5 |
1 |
12 |
14:33 |
16 |
|
|
7 |
Kəpəz |
18 |
3 |
6 |
9 |
12:22 |
15 |
|
|
8 |
AZAL |
18 |
1 |
5 |
12 |
8:32 |
8 |
|
|
Bombardirlər |
Filip Ozobiç (Qəbələ) - 10. Baqali Dabo (Qəbələ) - 7. |
|||||||
Fanat.Az