İranda etiraz aksiyaları səngimək bilmir.
"Mətbuat.az" saytı xəbər verir ki, Xuzistan əyalətinin sakinləri bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı yaranan problemə narazılıqlarını ifadə ediblər. Narazı kütlə yerli idarələri fəaliyyətsizlikdə ittiham edib. Təhlükəsizlik əməkdaşları nümayişçilərin qarşısını almaqda aciz qalıb. Etirazçılar bir neçə asayiş keşikçisini döyüb. "Arabi21" xəbər saytının məlumatına görə, toqquşmalar zamanı Həsən əl-Boqbiş adlı etirazçı həyatını itirib. Prezident Həsən Ruhani aksiyalarla bağlı əyalət rəhbərliyi və Daxili İşlər naziri ilə təcili toplantı keçirib.
Qeyd edək ki, Xuzistan əyalətində zəngin neft yataqları yerləşir. Bir neçə həftə əvvəl bölgədə baş verən qum fırtınası səbəbiylə elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Sübhan / Metbuat.az