"Kütləvi informasiya vasitələri (KİV) yalanla ən kəsərli mübarizə üsullarından biridir, eyni zamanda ən böyük "cinayətkar"dır, "saxta xəbər"lər yaradır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru, "Jerusalem Post"un sabiq redaktoru və "Baltimore Jewish Times"ın sabiq baş redaktoru Maayan Yaffe-Hoffmanın ABŞ-ın "The Hill" qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edib ki, bəzi KİV-lər "Human Rights Watch" (HRW) və ya "Amnesty International" (AI) kimi QHT-lərin məruzələrindəki məlumatları heç bir dəqiqləşdirmə aparmadan dərc edirlər:

"Amnesty International" və HRW kimi təşkilatlar əksər hallarda məlumatları yoxlamadan yerli QHT-lərin informasiyalarına əsaslanırlar".

Məqalədə deyilir ki, yanvarın ortalarında HRW özünün insan hüquqları üzrə ümumdünya məruzəsində Azərbaycanda guya insan hüquqlarının pozulması ilə bağlı bir çox halların qeydə alındığını bildirmişdi:

"Freedom House"un Şimali Koreyanın "qismən azad" adlandırıldığı məruzəsində isə Azərbaycan "azad olmayan" kimi göstərilib ki, bu da paradoksaldır".

Müəllif yazır ki, əgər QHT-lər öz məlumatlarını guya yoxlanılmış faktlar kimi təqdim etməklə, qeyri-etik taktikadan istifadə edərək demokratik ölkələr və ABŞ-ın müttəfiqlərinə təzyiq göstərirlərsə, bununla mübarizə aparmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində