Suriyada İŞİD terrorçuları Qolan təpələrini ələ keçirmək üçün qəfil hücuma keçib.
Metbuat.az-ın məlumatına görə, qruplaşma İsraillə sərhəd bölgədə yerləşən Azad Suriya Ordusunun nəzarətindəki bir neçə kəndi ələ keçirib. Lakin üsyançılar əks hücumla iki məntəqəni İŞİD-dən geri alıb. Hazırda bölgədə şiddətli toqquşmalar davam edir. Tərəflər ağır itkilər verib. Qolan yüksəklikləri Livan, İordaniya və İsraillə sərhəd bölgədə yerləşdiyindən strateji önəm daşıyır.
Sübhan / Metbuat.az