Tanınmış müğənni Təranə Qumralın sosial şəbəkədə qısa ətəkdə paylaşdığı fotolar gündəmi zəbt etdi. İfaçının bu fotosunu bəyənənlər olsa da, bir çoxları sərt tənqiq edib.Təranə Qumral paylaşdığı foto haqda Metbuat.az-a danışıb:

“Başa düşmürəm, bütün ölkə qısa geyinəndə olur, mən geyinəndə yox?! Adi bir fotodur, bu qədər böyütməyə ehtiyac yox idi. Həm də, mən bu fotonu tədbirlərin birinə gedərkən illər öncə çəkdirmişəm.Bu gün isə heç vaxt qısa ətək geyinmərəm və paylaşmaram.Çünki 51 yaşım var, belə geyim heç yaşıma da uyğun olmaz”.

Rəvan Nasiroğlu / Metbuat.az

Təranə Qumral: "Bütün ölkə qısa geyinəndə olur, mən geyinəndə yox?! 51 yaşım var"