Rasim Balayev: "Dedi ki, qorxma, onunla yatmalısan"

Azərbaycanın Xalq artisti Rasim Balayev Bakı Ali Neft Məktəbində "Dədə Qorqud" filmində şirlə olan epizodu zamanı yaranan çətinliklərdən və maraqlı hadisələrdən danışıb.

Metbuat.az xəbər verir ki, Rasim Balayev şirlə çəkilməmək üçün dəfələrlə rejissora müraciət edib, lakin onun bu istəyi reallaşmayıb:

“O səhnə bir faciə idi. Ondan sonra bir də elə təklifi qəbul etmədim. Xalq yazıçısı Anara yaxınlaşıb dedim ki, o səhnəni dəyiş. Dedi ki, qorxma, ev şiridir onunla yatmalısan. Onda yadıma bir aktyorun sözləri düşdü. Adam deyirdi ki, "mən də südlə böyümüşəm, amma ət yeməkdən çox məmnunam". Sonra şirlə üz-üzə gəldik, gördüm məni süzür.  Fikirləşdim ki, "hardan başlayım" deyə düşünür. Sonra onu əsəbləşdirməyimi dedilər. Rejissora dedim ki, bax mənə nəsə olsa, övladlarıma pensiya verin”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR