Türkiyədə dolların məzənnəsi 3,60 lirədən aşağı enib

Türkiyədə dolların məzənnəsi 3,60 lirədən aşağı enib
17:47 22 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Türkiyənin nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi bu gün 3,60 TRY/USD səviyyəsindən aşağı enib. "Report" xəbər verir ki, Türkiyədə dolların məzənnəsi bu il yanvarın 11-də tarixi maksimal səviyyə - 3,9423 TRY/USD-yə qədər yüksəldikdən sonra düşməyə başlayıb. Hazırda maksimal səviyyədən olan azalma 8,6% təşkil edir. Bu ilin minimal səviyyəsi isə yanvarın 2-də qeydə alınıb (3,5243 TRY/USD) və hazırda məzənnə bu səviyyədən 2,1% yuxarıdır. 
"Report"un analitik qrupu bildirir ki, qlobal valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsinə baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Türkiyədə dollar ucuzlaşır. Bu da inkişaf etməkdə olan ölkələrdə dolların məzənnəsinin son zamanlar kəskin artması ilə əlaqədardır.
Analitik qrup hesab edir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması ehtimallarının güclənməsinə baxmayaraq Türkiyədə dolların məzənnəsi bu il sabit qalacaq və əsasən 3,60-3,80 TRY/USD diapazonunda dalğalanacaq. Yaxın günlərdə Türkiyədə dolların məzənnəsinin bir qədər artması və 3,70 TRY/USD-yə çatması mümkündür: "Bu da FED-in martın 14-15-də keçirəcək iclasında uçot dərəcəsini artırması ehtimalları ilə bağlıdır. Daha sonra isə dolların yenidən ucuzlaşacağı gözlənilir".
"Report"un analitikləri Türkiyənin ixrac həcminin artmasının bilavasitə dolların məzənnəsinin artmasına bağlı olmasını nəzərə alaraq dollar üzrə kəskin ucuzlaşma gözləmir. Hazırda isə məzənnə 3,6055 TRY/USD səviyyəsində qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-dollarin-mezennesi-3-60-lireden-asagi-enib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı