"Bu ölkədə o qədər avam var ki..." - Mesajlar üzə çıxdı

"Bu ölkədə o qədər avam var ki..." - Mesajlar üzə çıxdı
19:42 22 Fevral 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada 2 aylıq texniki təqib nəticəsində ələ keçirilən 47 şübhəlinin nəzarətə alındığı əməliyyat zamanı telefonla fırıldaqçıların aldatmağa çalışdığı kəslərlə mesajlaşmaları ortaya çıxıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, fırıldaqçı zəng etdiyi vətəndaşlara Seyhan Rayon Təhlükəsizlik İdarəsindən zəng etdiklərini deyərək, özlərini polis məmuru kimi təqdim edib, bankda pullarının olub-olmadığını soruşurmuşlar. Belə bir telefon zəngi zamanı bir vətəndaşın "Yox, sizə nə, niyə soruşdunuz? Fırıldaqçısınız siz. Məni aldada bilməzsiniz. Bu oyunlarınıza hələ inanan varmı?" şəklindəki sualına fırıldaqçılardan biri "Var, əlbəttə, olmazmı?! O qədər çox avam var ki, bu ölkədə" cavabını verdiyi məlum olub.

Fırıldaqçıların öz aralarında telefon danışıqları zamanı "turşu" parolu ilə xitab etdikləri məlum olub.

Təhlükəsizlik qaynaqları son 2 aylıq istintaq sonrası müxtəlif illərdə vətəndaşların cinayətkar şəbəkə tərəfindən 1 milyon 800 min lirəsinin ələ keçirildiyi, bu şübhəlilərdən əlavə 29 nəfərin də tutulduğunu və onlardan 24-ünün həbs olunduğunu bildirir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/520261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı