Artıq uzun müddətdir efirlərdə görünməyən müğənni Ruhəngiz Allahverdiyeva sərt açıqlamalar verib.
Metbuat.az-a danışan müğənni məcburiyyətdən oxuduğunu deyib:
“Bu sahəyə illərimi vermişəm, xeyli mahnılar oxumuşam. Lakin bu gün müəyyən səbəblər var ki, mən ona görə oxuyuram. Ailə saxlayıram, ciddi xərclər yaranır, onları ödəməliyəm. Pulum olsa, heç müğənni kimi işləməzdim. Bu sahə məni yorur. Amma məni sevənlər var, mən onları sevirəm, onlar üçün oxuyuram və davam edəcəm”.
Rəvan Nasiroğlu / Metbuat.az