Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir
14:37 23 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və fotoguşəyə baxış keçirilib. Daha sonra anım təbdiri sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli.Az bildirir ki, tədbirdə Heydər Əliyev Sarayının direktoru əməkdar mədəniyyət işçisi Fərhad Babayev geniş məruzə ilə çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən və xocalılıların qeyri-bərabər döyüşdə erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs edib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin düzənləndiyini qeyd edib.

Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən birinin canlı şahidləri olan Xocalı sakinləri də tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmalarından danışıblar.

Sonda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunaraq, Heydər Əliyev Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan "Xocalıya ədalət" (Справедливость для Ходжалы) sənədli filmi nümayiş etdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR