Kıvanç, Beren və Çağatayın fanatları birləşdi

Kıvanç, Beren və Çağatayın fanatları birləşdi
18:42 23 Fevral 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tanınmışların fanatları dünyada bir ilkə imza ataraq xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək üçün yardım kampaniyasına başlayıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  22 məşhurun fan qrupları yardım üçün qonşu ölkədə hər il ənənəvi olaraq 23 apreldə keçiriləcək Uşaq bayramına qədər bir-birləri ilə rəqabətə girəcəklər.

Çağatay Ulusoydan Fahriye Evcenə, Beren Saatdan Kıvanç Tatlıtuğa qədər məşhurların milyonlarla fanatı "Bir uşağın gülə bilməsi dünyalara dəyər" şüarı ilə Uşaq Onkoloji Xəstəxanası üçün 200 min lirə yardım toplamağa çalışacaq.

Belə ki, hər fan qrupu təmsil etdikləri məşhuru ifadə edən bir qısaltma istifadə edəcək. Layihəyə dəstək vermək istəyənlər isə həmin qısaltmanın yanına öz ad və soyadlarını yazaraq SMS şəklində təyin olunmuş nömrəyə göndərəcəklər. Hər həftə məktub sayları açıqlanacaq və ondan gələn gəlir uşaqların sağalması üçün xərclənəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR