Böyük Britaniya polisi ölkənin cənubunda yerləşən Uiltşir qraflığında nüvə müharibəsinə hazırlıq çərçivəsində tikilmiş 1980-ci illərin nüvə bunkerində marixuananın bir neçə min şitilini aşkarlayıb.
Publika.az xəbər verir ki, bu haqda “The Telegraph” qəzeti bildirib.
Bunkerdə aşkarlanan şitillərin ümumi qiymətinin təxminən bir milyon funt-sterlinq (təxminən 1,25 milyon dollar) olduğu deyilir. Polis əməkdaşları bunkerə fevralın 23-də gecə saatlarında girə biliblər. Orada 27, 30 və 45 yaşlarında üç kişi saxlanılıb.
“Əminəm ki, bu, Uiltşirdə olan ən böyük tarlalardan biridir. Mən şadam ki, biz bu prosesi dayandırmağa vaxt tapdıq”, - polis inspektoru Pol Franklin qeyd edib.
Onun sözlərinə görə, bunkerdə uzunluğu 60 metr, eni 21 metr olan 20 otaq var. Bu otaqlardan hər biri çətənənin böyüdülməsi üçün avadanlıqlarla təchiz edilib.
Ömər