Badamlı qısır

Badamlı qısır
07:05 25 Fevral 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az türk mətbəxindən badamlı qısırın hazırlanma qaydasını təqdim edir

"Qaraqum"

Tərkibi: 

0.5 st. badam 

1 st. narın bulqur

isti su

0.5 armudu st. bitki yağı

2 orta boy soğan 

1 x.q. bibər pastası

1 ç.q. tomat pastası

göy soğan

cəfəri

yarım limonun şirəsi

2 x.q. narşərab

duz 

Badamları qaynayan suda 5 dəqiqə saxlayıb çıxarın. Qabığını soyub hər birini ikiyə bölün. Yapışmayan tavada qarışdıraraq rəngini dəyişənədək qovurun. 

Bulquru bir qazana tökün. Üzərinə 1 sm çıxacaq qədər qaynar su tökün, qapağını örtün. 

Tavada bitki yağını qızdırıb xırda doğranmış soğanı qovurun. Bibər və tomat pastalarını əlavə edin. 1-2 dəqiqə qovurub ocaqdan götürün. Bunu şişmiş bulqurun (bulqur bişirilmir, sadəcə üzərinə qaynar su tökülür və həmin suyu hopdurur) üzərinə əlavə edib yaxşıca qarışdırın.

Badam, xırda doğranmış göy soğan və cəfəri, limon şirəsi, narşərab və duz qatın. Soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/521034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR