Yeni tip akkumulyatorlar yaradılıb

Yeni tip akkumulyatorlar yaradılıb
07:12 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya yaradıblar. Bu, enerjinin stasionar saxlanılması sahəsində yeni imkanlar açır. Bura, həmçinin alternativ enerji mənbələrindən hasil olunan elektrik enerjisinin elektrik şəbəkələrində saxlanılmasını aid etmək olar.     

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni tədqiqat müəllifi qeyd edir ki, kəşf tərəqqinin paradiqmasının təmininə imkan verəcək ki, bu da daha dayanıqlı akkumulyatorların yaradılmasına səbəb olacaq. Həmin akkumulyatorlarda artıq nə litium, nə kalium, nə də natrium damcısından istifadə olunacaq. Yeni batareyanın əsasını elektrolitə çevriləcək durulaşdırılmış sulfat turşusu təşkil edəcək.

Alimlər tədqiqat çərçivəsində interkalyasiya prosesində "PTCDA" strukturlarının xeyli çoxalmasını müşahidə ediblər. Bu, əvvəllər olduğu kimi, cüzi protonlara deyil, eyni anda elektrodun enerjisinə və strukturların hidroksonium ionları ilə genişlənməsinə gətirib çıxarıb. Bundan başqa, hidroksonium ionları elektrodların içindən keçən zaman sürtünmənin səviyyəsinin azalması böyük güc verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR