"Fitch" Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib

"Fitch" Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirib
10:17 25 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2017-ci il dövlət büdcəsində yaranacaq kəsirin Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) toplanan maliyyə vəsaitləri hesabına örtüləcəyini deyir. 
"Report" xəbər verir ki, Agentlik ARDNF-in fəaliyyətini yüksək qiymətləndirərək daha yuxarı reytinqə sahib olan neft ölkələri ilə müqayisədə Fondun daha yüksək şəffalıqla çalışdığını və etibarlı, likvid aktivlərə investisiya etdiyini bildirib: "Buna görə də, Azərbaycanın borcu tam nəzarət altındadır və 2016-cı ilin sonuna ÜDM-in 22,5%-ni təşkil edib. Bu da "BB" kateqoriyasında olan ölkələrin orta göstəricisi - 51,1%-dən xeyli aşağıdır". 
Bununla yanaşı, "Fitch" Azərbaycanın dövlət borcunun 88,2%-nin xarici valyutada olmasını müsbət amil saymasa da, bunun Fondun vəsaitlərinin tərkibinə uyğun olduğunu vurğulayır. Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə ARDNF-in aktivlərinin dollar ekvivalentində ucuzlaşmasına baxmayaraq, aktivlər ÜDM-in 92%-ni təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-azerbaycan-dovlet-neft-fondunun-fealiyyetini-yuksek-qiymetlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR