Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür”

Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür”
11:32 25 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ “Qarabağ müharibəsi şəhidlərinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazım olan və imkanı daxilində bütün tədbirləri görür və addımlar atır”.
“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 uşağın mənzillə təmin olunması məsələsinə münasibət bildirərkən deyib.
O bldirib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir, onlar üçün şəraitlər yaradılır: “Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/qarabag-muharibesinde-ziyan-cekenlerin-heyat-seraitinin-temin-olunmasi-ucun-lazim-olan-tedbirler-g

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR