"Batman" filmindəki "Joker"in istifadə etdiyi maskanı başına keçirərək müsəlmanları ölümlə təhdid edən video paylaşan gənc son dəfə hakim qarşısına çıxarılıb.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, 2015-ci ildə YouTube-da paylaşdığı bir videoda "Hər həftə bir müsəlman öldürəcəm" deyən 25 yaşlı Kanada vətəndaşı Xesse Pelletierə 18 ay həbs və 100 saat ictimai xidmət cəzası verilib.
Təqsirkarın sosial şəbəkədə video paylaşması qadağan edilərək psixoloji müalicə alması da hökmdə əksini tapıb.
Günahını qəbul edən Pelletier üzr istəyib.
Təhməz Təkin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində