“Ermeni zindanında sekiz gün” kitabının İstanbulda təqdimatı olub

“Ermeni zindanında sekiz gün” kitabının İstanbulda təqdimatı olub
13:54 25 Fevral 2017
217 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Humanitar Yardım Fondunun İstanbuldakı baş ofisində ermənilərin Xocalıda törətdikləri soyqırımın zərərşəkənlərindən olan Dürdanə Ağayevanın “Ermeni zindanında sekiz gün” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Dürdanə Ağayeva Xocalı poçt-teleqraf şöbəsində telefonçu işləyərkən 26 fevral 1992-ci ildə erməni terrorçuları tərəfindən əsir alınaraq 8 gün müddətində hər cür işgəncələrə məruz qaldığını deyib.

 

"Hər bir gənc qızın arzuları var, ancaq ermənilər məni o arzularımdan məhrum etdilər. Möcüzə nəticəsində həyatda qaldım. Növbəti dəfə işgəncə verəndən sonra erməni terrorçuları məni ölmüş bilib Əsgəran polis şöbəsinin həyətindəki zibil qabına atıblar. 10 saat orada qalandan sonra ölmədiyim məlum olub və məni yenidən polis şöbəsinin zirzəmisinə ataraq işgəncəyə davam ediblər. Başıma gələn müsibətlərdən sonra 15 il susdum. Nəhayət, 3 il əvvəl özümdə güc tapıb bu kitabı yazdım”, - deyə o bildirib.

 

Dürdanə Ağayeva erməniləri tanımaları üçün gənclərə bu kitabını oxumağı tövsiyə edib.

 

Sonra o, kitabı təqdimat iştirakçıları üçün imzalayıb.

 

Qeyd edək ki, Dürdanə Ağayevanın “Ermeni zindanında sekiz gün” kitabı 2016-cı ilin fevralında İHH-nın nəşriyyatı tərəfindən 10 min tirajla çap edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR