Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan xalqına və dövlətinə töhfələr verəcək”

Əli Həsənov: “Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan xalqına və dövlətinə töhfələr verəcək”
13:57 25 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 fevral. REPORT.AZ/ “Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə töhfələr verəcək”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimat mərasimində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, bu təyinatla dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: “Mehriban Əliyeva xaraktercə dinamik insandır və bu, ölkə siyasətinə də təsir edəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/eli-hesenov-mehriban-eliyevanin-birinci-vitse-prezident-vezifesine-teyin-olunmasi-azerbaycan-xalqi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR