x
Loading...

Amerikada satılan sovet maşınları: "Niva", "Volqa", "Lada" - FOTO

Amerikada satılan sovet maşınları: "Niva", "Volqa", "Lada" - FOTO
13:57 25 Fevral 2017
240 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında heç də təkcə kabrioletlərdə gəzmirlər.

Orada da sovet (Rusiya) istehsalı olan avtomobillərlə, o cümlədən, "Niva", "Volqa", "Lada" və digər maşınlara rast gəlmək, hətta onları almaq da olar.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, ABŞ-ın avtosalonlarında satışa çıxarılan bu avtomobillərin əksəriyyəti saz vəziyyətdədir.

1. Bu avtomobil Los-Anceles yaxınlığında Berbank şəhərində satılır və texniki baxımdan saz vəziyyətdədir.

1a. Bu avtomobil orijinal deyil, sahibi 2013-cü ildə onun xarici görünüşünə bir qədər əl gəzdirib. Amma kapotun altındakı mühərrik əla çalışır. Kaliforniya da bu eksklüziv yolsuzluq avtomobilini satışa çıxaran hazırkı sahibi 10500 ABŞ dolları qazanmaq istəyir.

2. Bu isə qara "Volqa"dır. İllinoys ştatında bu "QAZ-24"ü 9999 dollara satırlar. Avtomobil 1980-ci ildə istehsal olunub. Maşının indiyə qədər getdiyi yol isə cəmi 75 min kilometr təşkil edir.

2a. "Volqa" yaxşı vəziyyətdədir, amma çatışmazlıqları da var. Satıcının sözlərinə görə, onun bəzi yerlərdə sıyrıntılar var və rəngi qopub. Üstünlüyü isə odur ki, maşında spidometr işləmir. Satıcı söz verir ki, gələcək sahibi üçün "Volqa"nı ABŞ-ın istənilən yerinə pulsuz sürüb gətirəcək.

3. Birləşmiş Ştatlarda Sovet İttifaqına məxsus "QAZ-69" avtomobilinə də rast gəlinir. Buraxılış ili 1960-cı il olan avtomobil Nebraska ştatında Papilion şəhərindədir. Əvvəlki "Volqa"dan fərqli olaraq, maşın daha mükəmməl hesab oluna bilər.

3a. Yolsuzluq avtomobilinin odometrində cəmi 247 kilometr gediş var. Amma bunun həqiqət olub-olmadığı məlum deyil. Birləşmiş Ştatlarda bu sərt hərbi yolsuzluq maşınını əldə edən şəxs 14900 dollarından keçməlidir.

4. Ədalət naminə qeyd edəcəyik ki, indi ABŞ-da ən azı iki "Qaz 21" satılır, amma bu nüsxə daha orijinaldır. Floridada olan bu avtomobilin qiyməti 24995 dollardır.

4a. İkinci "Volqa" da Floridanın eyni avtosalonunda satılır. Ona xromlanmış disklər qoyulmuşdur və injektorlu V6 mühərriki ilə təchiz edilmişdir. Bu avtomobil digərindən daha baha - 36995 dollara təklif olunur.

5. Bu avtomobil isə 1972-ci ildə istehsal olunub. Amma ABŞ-a 90-cı illərin əvvəllərində idxal edilib. İndi o, Pensilvaniyada 11500 dollara satılır. Avtomobilin getdiyi yol isə 29 037 kilometr təşkil edir.

5a. Bu avtomaşında sovet nömrə nişanları da qalır. Satıcı bildirir ki, ABŞ-da belə vəziyyətdə "VAZ 21 02" maşınları artıq yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR