Romada atışma - Yaralılar var

Romada atışma - Yaralılar var
14:22 25 Fevral 2017
154 Dünya
Ölkə mətbuatı
A- A+

Romanın cənubunda atışma baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxt İdarə Polisinin məlumatına görə, atışma nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumatda deyilir: "Atışma baş verib. Nəticədə 3 italyan və bir ispaniyalı olmaqla 4 nəfər yaralanıb. İnsident barədə əlavə məlumat veriləcək".

"La Repubblica" qəzetinin yaydığı məlumata görə, atışma səhər saatlarında, yerli vaxtla 5 radələrində baş verib. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində hüquq-mühafizə əməkdaşları işləyir. Atışmanın ilkin səbəbi olaraq mübahisə ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/521163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR