Türkiyədə Sevim Arkan, Ayşe Kök və Uğurcan Saban adlı
qadınlar öz məzarlarını qazırlar.
Publika.az xəbər verir ki, adıçəkilən qadınlar 8
bələdiyyənin zibilərini tökdüyü İnkum təpəsində yaşayan 250-yə
yaxın küçə itinin hüquqlarını müdafiə edir.
Üç heyvansevər zibil tökülən təpədə xəstə heyvanları müalicə
edirlər. Lakin onlar ötən həftə aclıq aksiyasına start veriblər.
Daha sonra özləri üçün təpədə məzar da qazmağa başlayıblar.
“Biz burada uşaq oyunu oynamırıq. Küçə heyvanları ilə bağlı qanun
çıxmasını istəyirik. İstəyirik bizi bütün dünya görsün. Aclıq
aksiyamızın 6-cı günündəyik. Halsızlıq var, danışmaq çətindir.
Dünən Sevimin ürəyi getdi. Amma yolumuzdan dönməyəcəyik”, - deyə
U.Saban bildirib.
Asif