ABŞ-ın Kaliforniya Ştatında yüngül mühərrikli təyyarənin yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Metbuat.az-ın məlumatına görə, qəza zamanı daha 2 nəfər ağır xəsarət alıb. İki evdə güclü yanğın baş verib. Bildirilir ki, göyərtəsində 5 nəfərin olduğu layner Federal Aviasiya Şirkətinə məxsus olub. Faciənin səbəbləri araşdırılır.

Sübhan / Metbuat.az